Larissa Rikelme: "Sürprizlərə hazır olun"

Larissa Rikelme: "Sürprizlərə hazır olun"
DÇ-2010-da tribunadakı şouları ilə adını dünyaya tanıdan Larissa Rikelme bu il baş tutacaq dünya çempionatına hazırlaşır. Fanat.az xəbər verir ki, paraqvaylı model Braziliyadakı mundiala da damğa vurmaq istəyir.
CAR-dakı dünya çempionatında Paraqvayı özünəməxsus şəkildə dəstəkləyən Larissa dünya çempionatını dörd gözlə gözlədiyini bildirərək "sürprizlərə hazır olun" deyib. Mundiala hazırlaşdığını qeyd edən gözəl model bu şəkildə tanındığı üün xoşbəxt olduğunu bildirib: "Ötən dünya çempionatında Paraqvay finala çıxa bilmədiyi üçün çox üzüldüm. Ümid edirəm ki, bu dəfə daha uğurlu nəticə qazanacağıq". 
Qeyd edək ki, Larissa "River Pleyt"in futbolçusu Conatan Fabbro ilə evlənməyə hazırlaşır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər