"Barselona"nın prezidenti postuna namizəd Joan Laporta əvvəllər də başqanı olduğu klubun problemlərindən danışıb.
Fanat.Az xəbər verir ki, AS Laportanın söylədiklərini belə çatdırıb:
"Maliyyə çətinlikləri və Lionel Messinin gələcəyinin sual altında olması rəhbərliyin pis fəaliyyətinin nəticəsidir. Əlbəttə, koronavirus amili də var. Amma bütün hallarda, problemlərin kökündə idarəçilərin uğursuz addımları dayanır. Ancaq hər iki problemi yoluna qoymaq mümkündür. Maliyyə çətinliyini həll etmək, Leo ilə bağlı mövcud qeyri-müəyyənliyi aradan qaldırmaq olar. Messi danışıqlara başlamaq üçün yeni prezidentin seçilməsini gözləyirsə, deməli, öncə "Barselona" rəhbərliyini dinləmək istəyir. Nikbinəm, məncə, bu, yaxşı gələcək vəd edən vəziyyətdir.
Messiyə nə deyərdim? Bu suala cavab vermək üçün öncə klub prezidenti olmalıyam. Yalnız həmin vaxt klubun yaxşı təklif üçün hansı imkanlara sahib olduğunu bilərəm. Fikrimcə, Messiyə pul lazım deyil. O, güclü "Barselona"da oynamaq, çempionatın və Çempionlar Liqasının qalibi olmaq istəyir".
Fanat.Az