Lampard: "Mourinyo ilə çalışdığım üçün şanslıyam"

Lampard: "Mourinyo ilə çalışdığım üçün şanslıyam"

"Çelsi"nin ulduzu Frank Lampard Joze Mourinyo ilə birgə çalışdığı üçün özünü şanslı sayır.

İdman24.az xəbər verir ki, 2004-2007-ci illərdə çalışdırdığı "mavilər"lə 2 liqa çempionluğu yaşayan portuqal məşqçi gələn mövsüm də kluba baş məşqçilik edəcək.

Bununla bağlı danışan Lampard "O, inanılmaz məşqçidir. Onunla birgə çalışdığım üçün çox xoşbəxtəm. Onun sayəsində oyunum inkişaf etdi", deyib.

Qeyd edək ki, Lampard uzatdığı müqaviləyə əsasən ən azı 1 il daha "Çelsi"də oynayacaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər