La Liqada baş məşqçi istefası reallaşdı

La Liqada baş məşqçi istefası reallaşdı

İspaniyanın "Sevilya" klubu baş məşqçisi Matias Almeyda ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi rəsmi saytında argentinalı mütəxəssisin vəzifəsindən azad edildiyini açıqlayıb. 

Əndəlüs klubu 52 yaşlı çalışdırıcıya işinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. 

Ötən ilin yayından Almeydanın rəhbərliyi altında çıxış edən "Sevilya" bu müddətdə 32 oyun keçirib, 10 qələbə, 7 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb. 

"Sevilya" hazırda İspaniya La Liqasında 15-ci yerdədir və düşmə zonasından cəmi üç xal yuxarıdadır. Komanda növbəti oyununu aprelin 5-də İspaniya çempionatında "Real Ovyedo"ya qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər