La Liqada ayın ən yaxşı məşqçisi bilindi

La Liqada ayın ən yaxşı məşqçisi bilindi

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləıib. 

Fanat.Az xəbər verir ki, mükafatı "Rayo Valyekano"nun baş məşqçisi İniqo Peres qazanıb.

Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

La Liqada ayın ən yaxşı məşqçisi bilindi

Səsvermədə Xabi Alonso (Real Madrid) və Manuel Pelleqrinini (Betis) qabaqlayan 37 yaşlı məşqçi üçün bu, karyerasında ilk mükafatdır.

"Rayo Valyekano" oktyabrda "Real Sosyedad" (1:0), "Levante" (3:0) və "Alaves" (1:0) üzərində qələbə qazanıb. Peresin komandası oktyabrda La Liqada qol buraxmayan yeganə komanda olub.

"Rayo Valyelano" hazırda 14 xalla İspaniya çempionatının turnir cədvəlində 7-ci yerdədir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər