ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümü start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsi çərçivəsində 10 oyun keçirilib.

Mövsümün ilk qarşılaşması Finlandiyada reallaşıb. Meydan sahibi KuPS “Milsami”ni (Moldova) minimal hesabla yenib.

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin komandası - "Eqnatiya" (Albaniya) İslandiya "Breydablik"ini tək qolla üstələyib. Zamiq bu görüşdə meydana çıxmayıb.

"Malmö" Gürcüstanda yerli "İberia 1999"u inamla məğlub edibsə, Qazaxıstan "Kayrat"ı "Olimpiya" (Sloveniya) ilə səfər duelindən qollu bərabərliklə ayrılıb.

Mərhələnin digər 4 oyunu iyulun 9-da olacaq. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri - “Şelburn”la (İrlandiya) “Linfild” (Şimali İrlandiya) də sabah qarşılaşacaqlar.

Çempionlar Liqası 1-ci təsnifat mərhələsi, ilk oyunlar 8 iyul

KuPS (Finlandiya) – Milsami (Moldova) 1:0 İberiya 1999 (Gürcüstan) – Malmö (İsveç) 1:3 Noa (Ermənistan) – Buduçnost (Monteneqro) 1:0 Levadiya (Estoniya) – RFS (Latviya) 0:1 Olimpiya (Sloveniya) – Kayrat (Qazaxıstan) 1:1 Drita (Kosovo) – Differdanj (Lüksemburq) 1:0 TNS (Uels) – Şkendiya (Şimali Makedoniya) 0:0 Vikinqur (Farer adaları) – Linkoln (Cəbəllütariq) 2:3 Eqnatiya (Albaniya) – Breydablik (İslandiya) 1:0 Virtus (San Marino) – Zrinski (Bosniya və Herseqovina) 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər