UEFA 2015/2016 mövsümündə avrokubokların final oyunlarının keçiriləcəyi yerləri və tarixi açıqlayıb. Fanat.az.az xəbər verir ki, Çempionlar Liqasının həlledici görüşü İtaliyada, Avropa Liqasının finalı isə İsveçrədə keçiriləcək.
Çempionlar Liqasının baş mükafatı Milanda öz sahibinə qovuşacaq. Mayın 28-də keçiriləcək qarşılaşma “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.
Avropa Liqasının final matçı isə Bazel şəhərində yerləşən “Sent Yakob Park” arenasında baş tutacaq. Qarşılaşma mayın 18-də baş tutacaq.
Fanat.az