ÇL və AL-də yeni mövsümün təqvimi açıqlandı

ÇL və AL-də yeni mövsümün təqvimi açıqlandı
UEFA 2020/21 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Yeni mövsümdə Çempionlar Liqasında ilkin mərhələyə avqustun 8-də start veriləcək. Avroliqanın oyunları isə avqustun 20-də başlayacaq.
 
Çempionlar Liqasında 1, 2, 3-cü təsnifat mərhələləri, Avropa Liqasında isə 1, 2, 3-cü təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibi komanda püşkə əsasən müəyyənləşəcək.
 
Çempionlar Liqasının təqvimi
 
İlkin mərhələ: 8 avqust və 11 avqust
 
1-ci təsnifat mərhələsi: 18/19 avqust
 
2-ci təsnifat mərhələsi: 25/26 avqust
 
3-cü təsnifat mərhələsi: 15/16 sentyabr
 
Pley-off mərhələsi: 22/23 sentyabr və 29/30 sentyabr
 
Qrup mərhələsi: 20/21 oktyabr, 27/28 oktyabr, 3/4 noyabr, 24-25 noyabr, 1-2 dekabr, 8-9 dekabr
 
 
Avropa Liqasının təqvimi
 
İlkin mərhələ: 20 avqust
 
1-ci təsnifat mərhələsi: 27 avqust
 
2-ci təsnifat mərhələsi: 17 sentyabr
 
3-cü təsnifat mərhələsi: 24 sentyabr
 
Pley-off mərhələsi: 1 oktyabr
 
Qrup mərhələsi: 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr, 10 dekabr
 
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi uyğun olaraq oktyabrın 1-də və 2-də Afinada keçiriləcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər