ÇL tarixində Pepe kimisi olmamışdı

ÇL tarixində Pepe kimisi olmamışdı

“Portu”nun müdafiəçisi Pepe UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu bu uğura qrup mərhələsinin son turunda “Şaxtyor”a (Donetsk) qol vuraraq imza atıb.

Portuqaliya təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatan matçda fərqlənən Pepe 40 yaş 290 günlüyündə adını tabloya yazdıraraq ÇL-də qol vurmuş ən yaşlı oyunçu ünvanına sahib çıxıb. 

Qeyd edək ki, “Portu” 1/8 finalda oynamaq hüququ qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər