Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Monakoda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Püşk zamanı 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19-20 sentyabr, 3-4 oktyabr, 24-25 oktyabr, 7-8 noyabr, 28-29 noyabr və 12-13 dekabr tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası Qrup mərhələsi
A qrupu “Bayern” (Almaniya) “Mançester Yunayted” (İngiltərə) “Kopenhagen” (Danimarka) “Qalatasaray” (Türkiyə)
B qrupu “Sevilya” (İspaniya) “Arsenal” (İngiltərə) PSV (Niderland) “Lans” (Fransa)
C qrupu “Napoli” (İtaliya) “Real” (İspaniya) “Braqa” (Portuqaliya) “Union Berlin” (Almaniya)
D qrupu “Benfika” (Portuqaliya) “İnter” (İtaliya) “Zalsburq” (Avstriya) “Real Sosyedad” (İspaniya)
E qrupu “Feyenoord” (Niderland) “Atletiko” (Madrid, İspaniya) “Latsio” (İtaliya) “Seltik” (Şotlandiya)
F qrupu PSJ (Fransa) “Borussiya” (Dortmund, Almaniya) “Milan” (İtaliya) “Nyukasl” (İngiltərə)
G qrupu “Mançester Siti” (İngiltərə) “Leypsiq” (Almaniya) “Srvena Zvezda” (Serbiya) “Yanq Boyz” (İsveçrə)
H qrupu “Barselona” (İspaniya) “Portu” (Portuqaliya) “Şaxtyor” (Donetsk, Ukrayna) “Antverpen” (Belçika)