ÇL: Pley-off mərhələsinin püşkü atıldı

ÇL: Pley-off mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın təmsilçisiz qaldığı qitənin ən nüfuzlu klub turnirində pley-offun potensial cütləri müəyyənləşib.

"Qalatasaray" "Olimpiya" səddini keçəcəyi halda, qrupa gedən yolda son rəqibi Farer adaları və ya Norveç klubundan biri olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”sunun mümkün rəqibi Belçika “Antverpen” olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda, cavab görüşləri isə 29-30 avqustda gerçəkləşəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar yolu “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi / “Yanq Boyz” (İsveçrə) “Antverpen” (Belçika) / AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi “Rakuv” (Polşa) – “Aris” (Kipr) cütünün qalibi / “Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) cütünün qalibi “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) cütünün qalibi / “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün qalibi

Liqa yolu “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) cütünün qalibi / PSV (Niderland) – “Şturm” (Avstriya) cütünün qalibi “Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) cütünün qalibi / “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa) cütünün qalibi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər