UEFA Çempionlar Liqasında pley-off mərhələsinə bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutub.
Bir ayağı Liqa mərhələsində olan Azərbaycan çempionu "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" ötən həftə səfərdə 3:1 yendiyi Macarıstan çempionu "Ferentsvaroş"a doğma meydanda 2:3 məğlub olsalar da, ümümi hesabda (5:4) üstün olaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksəliblər.
Bu gün həmçinin, Portuqaliya nəhəngi "Benfika" Türkiyə təmsilçisi "Fənərbağça"nı, "Kopenhagen" (Danimarka) "Bazel"i (İsveçrə), "Brügge" (Belçika) isə "Reyncers"i (Şotlandiya) məğlub edib.
Bu mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçılarının yekun siyahısı formalaşacaq.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 27 avqust
"Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) 2:3 İlk oyun - 3:1.
"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) 1:0 İlk oyun - 0:0.
"Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 2:0 İlk oyun - 1:1.
"Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 6:0 İlk oyun - 3:1.