ÇL: Pley-off mərhələsinə yekun vuruldu

ÇL: Pley-off mərhələsinə yekun vuruldu

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, cavab oyunları çərçivəsində son 4 matç baş tutub.

Bu görüşlərdən sonra Liqa mərhələsinə son vəsiqələrin sahibləri müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ” da 36 ən güclü sırasına düşmək üçün mübarizə aparıb. Komandamız hər iki oyunda "Dinamo"ya uduzub.

"Srvena Zvezda", "Lill" və "Slovan" mərhələ adlayıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları 28 avqust “Qarabağ” – “Dinamo Zaqrüb (Xorvatiya) 0:2

Qollar: Pyaça, 32. Silva, 53-öz qapısına.  İlk oyun – 0:3

 

“Srvena Zvezda” (Serbiya) – “Budyo Qlimt” (Norveç) 2:0

Qollar: Duarte, 29. Spaiç, 56. İlk oyun – 1:2  

“Slaviya” (Çexiya) – “Lill” (Fransa) 2:1

Qollar: Zafeyris, 5. Şrants, 84 - Jeqrova, 76. İlk oyun – 0:2  

"Slovan" (Slovakiya) – “Midtyullan” (Danimarka) 3:2

Qollar: Toliç, 33, 82. Barseqyan, 87 - Simqir, 41. Frankulino, 50 İlk oyun – 1:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər