ÇL oyunundan əvvəl dava düşdü: Azarkeşlər həbs olundu

ÇL oyunundan əvvəl dava düşdü: Azarkeşlər həbs olundu

Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Napoli" - "Ayntraxt" (3:0) matçından əvvəl qalmaqal yaşanıb. 

Fanat.Az xəbər verir ki, oyundan əvvəl Neapol şəhərində hər iki komandanın azarkeşləri arasında dava düşüb. 

Polis "Napoli"nin 4, "Ayntraxt"ın isə 3 fanatını həbs edib. 

TASS-ın məlumatına görə, İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları davada iştirak edən bütün alman azarkeşləri müəyyən ediblər. Onlar avtomobilləri yandırıb, vitrinləri sındırıblar. Ümumilikdə 470 alman vətəndaşı müəyyən edilib, onlardan 120-si artıq evlərinə göndərilib. 350 almaniyalı azarkeşlə bağlı protokol tərtib edilib və hələ də araşdırma aparılır. İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 6 əməkdaşı yaralanıb.

Qeyd edək ki, ilk oyunda 2:0, cavab oyununda isə 3:0 hesabı ilə qalib gələn "Napoli" növbəti mərhələyə adlayan tərəf olub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər