ÇL oyununda iğtişaş: Nasist salamı, məşəl, tüstü bombaları... - VİDEO 

ÇL oyununda iğtişaş: Nasist salamı, məşəl, tüstü bombaları... - VİDEO 

Ötən gecə Fransada "Olimpik Marsel" və "Ayntraxt Frankfurt" arasında keçirilən Çempionlar Liqası matçında iğtişaş yaşanıb.

Fanat.Az xəbər verir ki, Almaniya təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi oyunun startına az qalmış iki komandanın azarkeşləri bir-birilərinə tüstü bombaları və məşəllər atıblar. 

Fransa polisinin yaydığı açıqlamada stadionun içərisində, alman azarkeşlərin olduğu tribunalarda bir neçə fanatın nasist salamı verdiyi bildirilib. Bundan başqa, şəhərdə silah gəzdirən və biri almaniyalı olan 8 nəfər həbs edilib. 

 

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər