Sloveniyanın "Çelye” və İrlandiyanın "Dandolk” komandaları arasında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunu başqa ölkədə keçiriləcək.
Fanat.Az xəbər verir ki, buna Sloveniyada koronavirus pandemiyasına görə 14 günlük karantin rejiminin tətbiq edilməsi səbəb olub.
"Dandolk”un futbolçuları və klub üzvləri Sloveniyaya gedəcəkləri təqdirdə karantinə alınacaqdı. Çünki püşkün nəticəsinə əsasən, "Çelye” meydan sahibidir. Lakin bu klub matçın Macarıstanda keçirilməsinin tərəfdarı olub.
UEFA avrokubok matçlarının təhlükəsiz şəraitdə keçirilməsi üçün epidemioloji protokol hazırlayıb. Qaydaya əsasən, səyahət məhdudiyyətinə görə, hansısa oyun neytral meydanda keçirilə bilər.
Qeyd edək ki, "Çelye” – "Dandolk” dueli avqustun 19-da Macarıstandakı "Ferents Şuşa” stadionunda gerçəkləşəcək.
Fanat.Az