ÇL: Mahirli "Dinamo" istəyinə darmadağınla çatdı - YENİLƏNDİ

ÇL: Mahirli "Dinamo" istəyinə darmadağınla çatdı - YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu Xorvatiyada Norveçin "Budyo Qlimt" komandasını sınağa çəkib. İlk qarşılaşmada 0:1 hesabı ilə uduzan Zaqreb təmsilçisi əlavə vaxtda azarkeşlərini həyəcanlandırsa da, yekunda adını qrupa darmadağınla yazdırıb - 4:1. Start "11-lik"də yer almayan Mahir 60-cı dəqiqədən meydanda olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edib. Türkiyədəki oyun qolsuz bərabərliklə bitib və "Kopenhagen" istəyinə çatıb.

PSV isə Niderlanda Şotlandiya "Reyncers"i ilə münasibətlərinə aydınlıq gətirib. Qlazqodakı ilk görüşdə heç-heçə edən (2:2) tərəflərin ikinci duelindən minimal hesablı qələbə ilə ayrılan şotlandlar qrupda oynamaq hüququ qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

24 avqust

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Budyo Qlimt" (Norveç) 2:1

Qollar: Orşiç, 4. Petkoviç, 35. Drmiç, 117. Boçkay, 120 - Qronbaek, 70. İlk oyun - 0:1

"Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) 0:0 İlk oyun - 1:2

PSV (Niderland) - "Reyncers" (Şotlandiya) 0:1

Qol: Çolak, 60 İlk oyun - 2:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər