ÇL: Liqa mərhələsinin püşkü atıldı

ÇL: Liqa mərhələsinin püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasının İlk dəfə 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Fransanın Monako şəhərində baş tutan tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkilib, daha sonra kompüter komandaların 8 rəqibini müəyyənləşdirib. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadə olunub.

Püşkü əfsanəvi futbolçular - Canluici Buffon və Kriştianu Ronaldu çəkiblər.

36 komandaların hər birinin rəqibi hər səbətdən çıxan 2 kollektiv olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

ÇL-də Liqa mərhələsi sentyabrın 15-də başlanacaq, 2025-ci ilin yanvarın 25-də isə yekunlaşacaq. 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında güclərini sınayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.

Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.

Püşkatmanın nəticəsi belə olub:

ÇL: Liqa mərhələsinin püşkü atıldıÇL: Liqa mərhələsinin püşkü atıldı

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər