ÇL: Kiyev "Dinamo"su və PAOK pley-offa yüksəldilər

ÇL: Kiyev "Dinamo"su və PAOK pley-offa yüksəldilər
Çempionlar Liqasında III təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 görüş reallaşıb.
 
Kiyev "Dinamo”su "Alkmaar”ı qəbul edib və 2 cavabsız qolla pley-offa yüksəlib. "Benfika” PAOK-un, "Rapid” "Gent”in qonağı olub. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olub.
 
Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ” bu mərhələdəki oyununa sabah çıxacaq. Ağdam təmsilçisi Norveç "Mölde”si ilə qarşılaşacaq. Görüş UEFA-nın qərarıyla Kiprdə keçiriləcək. "Qarabağ” "Mölde” səddini keçsə, pley-off mərhələsində "Ferentsvaroş” – "Dinamo” cütünün qalibi ilə üz-üzə gələcək.
 
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
15 sentyabr
 
Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland) 2:0
Qollar: Rodriqes, 49. Şaparenko, 86.
 
PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:1
Qollar: Yannopulos, 63, Jivkoviç, 75 – Silva, 90+4
 
Gent (Belçika) – Rapid (Vyana, Avstriya) 2:1
Qollar: Dorş, 36. Yaremçuk, 59-pen – Y.Demir, 90+3.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər