ÇL-in son finalçısı İngiltərə yolunda - Danışıqlar başladı

ÇL-in son finalçısı İngiltərə yolunda - Danışıqlar başladı

"Mançester Yunayted"in Erik ten Haqı istefaya göndərəcəyi ilə bağlı söz-söhbətlər səngimir. 

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin mümkün gedişində baş məşqçi postuna daha bir namizədin adı müəyyənləşib. 

"Transfer News Live"-in məlumatına görə, Tomas Tuxel və Simone İnzaqiyə "Borussia Dortmund"un keçmiş baş məşqçisi Edin Terziç rəqib olub. "Mançester Yunayted" rəhbərliyinin 41 yaşlı çalışdırıcı ilə müzakirə apardığı bildirilir. 

Xatırladaq ki, Terziç 2020-2021 və 2022-2024-cü illərdə Dortmund "Borussiya"sına rəhbərlik edib. Onun rəhbərliyi altında “Borussiya” Almaniya kubokunu və Superkubokunu qazanıb. "Arılar" keçən mövsüm Çempionlar Liqasının finalına çıxıb və burada "Real Madrid"ə uduzub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər