ÇL-in qrup mərhələsinin bütün iştirakçıları bəllidir

ÇL-in qrup mərhələsinin bütün iştirakçıları bəllidir

UEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb), Danimarkanın "Kopenhagen" və Şotlandiyanın "Reyncers" klubları qrupa vəsiqə qazanıblar.   Qrup mərhələsində ümumilikdə 32 komanda mübarizə aparacaq. Onlardan 26-sı UEFA reytinqində daha yüksək göstəriciyə malik ölkələrin təmsilçiləri olduqları üçün birbaşa qrupda oynamaq hüququ əldə ediblərsə, qalan 6 kollektiv turnirin təsnifat mərhələsində uğur qazanıb.   Çempionlar Liqasında qrup mərhələsinin püşkü bu gün Türkiyənin İstanbul şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.   ÇL-in qrup mərhələsində gücünü sınayacaq komandaların tam siyahısı belədir:   1-ci səbət Real Madrid (İspaniya) Ayntraxt (Almaniya) Mançester Siti (İngiltərə) Milan (İtaliya) Bayern (Almaniya) PSJ (Fransa) Portu (Portuqaliya) Ayaks (Niderland)   2-ci səbət Liverpul (İngiltərə) Çelsi (İngiltərə) Barselona (İspaniya) Yuventus (İtaliya) Atletiko Madrid (İspaniya) Sevilya (İspaniya) Layptsiq (Almaniya) Tottenhem (İngiltərə)   3-cü səbət Borussiya (Dortmund, Almaniya) Zaltsburq (Avstriya) Şaxtyor (Donetsk, Ukrayna) İnter (İtaliya) Napoli (İtaliya) Benfika (Portuqaliya) Sportinq (Portuqaliya) Bayer Leverkuzen (Almaniya)   4-cü səbət Reyncers (Şotlandiya) Dinamo (Zaqreb, Xorvatiya) Olimpik (Marsel, Fransa) Kopenhagen (Danimarka) Brügge (Belçika) Seltik (Şotlandiya) Viktoriya (Plzen, Çexiya) Makkabi (Hayfa, İsrail)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər