ÇL-in qalibi yenilənir - Daha 2 ulduz satışa çıxarıldı

ÇL-in qalibi yenilənir - Daha 2 ulduz satışa çıxarıldı

"Mançester Siti" yay transfer pəncərəsində heyətini ciddi şəkildə yeniləməyi düşünür. 

Fanat.Az "Manchester Evening News"ə istinadən xəbər verir ki, potensial satış siyahısına daha iki oyunçu əlavə olunub. 

Mənbənin məlumatına görə, söhbət müdafiəçi Kayl Uoker və yarımmüdafiəçi Riyad Mahrezdən gedir.

Bundan əvvəl “şəhərlilər”in Bernardo Silva və Emerik Laporta ilə yollarını ayırmağa hazır olduğu bildirilirdi. Üstəlik, Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğan bir müddət əvvəl "Mançester Siti"dən "Barselona"ya keçib.

“Mançester Siti” ötən mövsümü "trebl"lə başa vurub. Xosep Qvardiolanın rəhbərliyi altında komanda Premyer Liqanın çempionu, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər