"ÇL-in kubokunu inəklərimə göstərmək istəyirəm" - "Barsa"nın baş məşqçisi

"ÇL-in kubokunu inəklərimə göstərmək istəyirəm" - "Barsa"nın baş məşqçisi
"Barselona”nın baş məşqçisi Enrike Setyen Çempionlar Liqasının qalibi olmaq və İspaniya La Liqasının qızıl medallarını qazanmaq istəyindən danışıb.
Fanat.Az AS nəşrinə istinadən  xəbər verir ki, Kataloniya klubun çalışdırıcısı belə deyib:
"Futbolçularıma deyirəm ki, tələsirəm, uduzmağa vaxtım yoxdu. Buna görə Çempionlar Liqasında və Primyerada çempionluq sevinci yaşamaq istəyirəm. Hər iki turniri zəfərlə başa vursaq, əla olar. Əlbəttə, ÇL-in kuboku ilə öz otlağımda gəzmək və onu inəklərimə göstərmək istəyirəm”.
Qeyd edək ki, "Barsa” bu mövsüm ÇL-də F qrupunda yer alıb. Kataloniya təmsilçisi qrupdakı  mübarizəni  lider mövqeyində başa vuraraq  pley-offa yüksəlib. İlk oyun fevralın 25-də "Napoli” ilə İtaliyada keçirilib və 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər