ÇL-in finalında izdiham: 1000 nəfər yaralandı - FOTO/VİDEO

ÇL-in finalında izdiham: 1000 nəfər yaralandı - FOTO/VİDEO

İtaliyanın Turin şəhərində Çempionlar Liqasının finalını izləmək üçün böyük ekran qoyulan meydanda izdiham yaşanıb.

Fanat.Az xəbər verir ki, azarkeşlərdən birinin atdığı fişəngi bomba zənn edən izləyicilər qaçmağa başlayıb. Bu zaman izdiham yaranıb. Məlumata görə, 1000-ə yaxın insan xəsarət alıb.

Şahidlərin ifadələrinə görə, yaralananların əksəriyyəti yerdəki şüşə qırıqlarının üzərinə düşərək xəsarət alıblar.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər