"Barselona"nın cənubi amerikalı futbolçuları Çempionlar Liqasının 2014-2015 mövsümünün final qarşılaşmasında iştirak etməyə bilərlər. Fanat.az xəbər verir ki, Kataloniya təmsilçisi ÇL-in həlledici görüşünə vəsiqə qazansa, Lionel Messi, Neymar, Klaudio Bravo və Daniel Alveş komandalarına kömək etməyə bilərlər.
Gələn ilin may ayının 28-də bu futbolçular Amerika Kubokunda iştirak üçün milli komandalarının düşərgəsində olmalıdırlar.
Qeyd edək ki, Amerika Kuboku Çilidə iyun ayının 11-də start götürəcək.
Fanat.az