"İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, belədə milanlılar yeni kapitan seçmək məcburiyyətində qalacaq.
"Fcinter1908.it"in məlumatına görə, artıq xorvat futbolçunun itkisi ilə barışan "İnter" sarğını beş ildir komandada çıxış edən Lautaro Martinezə etibar etmək niyyətindədir. Milanlıların fikrincə, Argentinanın dünya çempionatında qalib olması Lautaroya özünə inam qazandırıb. Bu, onun DÇ-dən sonrakı çıxışında hiss olunub.
“İnter”in növbəti kapitanı argentinalı olacaqsa, onu vitse-kapitan kimi sloveniyalı qapıçı Samir Handanoviç və müdafiəçi Danilo Dambrosio əvəz edəcək. Hansı ki, hər ikisi on ildir klubdadır.
Mirağa