ÇL-in ən sürətliləri açıqlandı - Ukraynalı şərikli rekordçu oldu

ÇL-in ən sürətliləri açıqlandı - Ukraynalı şərikli rekordçu oldu

UEFA Çempionlar Liqasının 2022/2023 mövsümü üçün qrup mərhələsinin ən sürətli futbolçularının siyahısı açıqlanıb.

Fanat.Az ÇL-in rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, rekord göstəriciyə Donetsk "Şaxtyor"unun vingeri Mixail Mudrik və "Barselona"nın hücumçusu Usman Dembele imza atıblar - 36,6 km/s.

36,5 km/s nəticə ilə "Milan"lı Rafael Leau üçüncü pillədədir.

İlk "10-luğ"a Nunu Tavareş ("Olimpik Marsel"), Federiko Valverde ("Real Madrid"), Alfonso Devis ("Bayern Münhen"), Kərim Adeyemi (Dortmund "Borussiya"sı), Mussa Diabi ("Bayer Leverkuzen"), Rafa ("Benfika") və Teo Ernandes ("Milan") də yer alıb.

ÇL-in ən sürətliləri açıqlandı - Ukraynalı şərikli rekordçu oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər