ÇL-in ən çox qurtarış edən qapıçısı bilindi

ÇL-in ən çox qurtarış edən qapıçısı bilindi

“Real Madrid”in qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ən çox seyv edən qolkiper olub. 

Fanat.Az xəbər verir ki, belçikalı çərçivə qoruyucusu 13 oyunda 61 dəfə komandasını qoldan xilas edib.

Bu göstəricidə ilk “üçlük”də “Vilyarreal”dan Xeronimo Rulyi (41) və “Benfika”dan Odisseas Vlaxodimos (38) da var.

“Real”ın finalda yendiyi “Liverpul”un qapıçısı Alisson Bekker bu mövsüm 13 oyunda 15 seyv edərək 18-ci olub.

"Real" finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər