ÇL: İkinci mərhələnin püşkü atıldı

ÇL: İkinci mərhələnin püşkü atıldı

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə 2 cüt müəyyənləşib. "Qarabağ"ın potensial rəqibi "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün qalibi olacaq. Sözsüz ki, bu cütün favoriti polşalılardır. Belədə "Qarabağ"ın avrokuboklarda bu ölkə təmsilçisi ilə növbəti dəfə qarşılaşmaq ehtimalı böyükdür. 

Turnirə bu mərhələdən başlayacaq Türkiyə çempionu “Qalatasaray”ın ilk dueli “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütünün qalibinə qarşı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar Yolu

“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütü / “Qalatasaray” (Türkiyə)

“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) cütü / “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü

“Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü / “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) cütü

“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) cütü / “Haken” (İsveç) - TNS (Uels) cütü

HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütü / “Molde” (Norveç)

“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütü / “Kopenhagen” (Danimarka)

“Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütü / “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütü

“Aris” (Kipr) - “Partizani” (Albaniya) - BATE (Belarus) cütü

“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütü / “Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütü

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

Liqa Yolu

“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)

“Servett” (İsveçrə) - “Genk” (Belçika)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər