ÇL: I təsnifat mərhələsininin ilk oyunlarına yekun vurulur

ÇL: I təsnifat mərhələsininin ilk oyunlarına yekun vurulur

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Qazaxıstanda "Astana" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandası arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Gecənin son oyununda isə "Slovan" Slovakiyada Lüksemburqun "Svift Hesperange" klubunu qəbul edəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin dünən keçirilən oyunları çərçivəsində "Qarabağ" səfərdə "Linkoln"a 2:1 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab oyunları 18-19 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası I təsnifat mərhələsi, ilk oyunlar 12 iyul

18:00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) 20:00. HIK (Finlandiya) - "Larne" (Şimali İrlandiya) 21:00. "Haken" (İsveç) - TNS (Uels) 21:30. "Farul" (Rumıniya) - "Şerif" (Moldova) 22:30. "Slovan" (Slovakiya) - "Svift Hesperange" (Lüksemburq)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər