ÇL: Həftənin ən yaxşısı adına 4 namizəd müəyyənləşdi

ÇL: Həftənin ən yaxşısı adına 4 namizəd müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları üçün həftənin futbolçusu adına namizədlər açıqlanıb. 

Fanat.Az xəbər verir ki, qitə futbol qurumu tərəfindən 4 oyunçunu fərqləndirilib.

Söhbət PSJ-nin hücumçusu Kilian Mbappe, "Bayern Münhen"in forvardı Harri Keyn, “Mançester Siti”nin müdafiəçisi Manuel Akanji və “Leypsiq”in arxa xətt oyunçusu Villi Orbandan gedir.

Mbappe “Real Sosyedad”la (2:1), Keyn isə “Latsio” ilə matçda (3:0) dubl edib. Akanji isə “Kopenhagen”lə görüşdə (3:1), Orban isə “Real”la oyunda (1:1) fərqlənib.

Qalib azarkeşlər arasında UEFA-nın rəsmi saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər