ÇL-də yeni mövsümün ilk təsnifat mərhələsinin püşkü atıldı

ÇL-də yeni mövsümün ilk təsnifat mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, 2024/25 mövsümünün ilk püşkündə 28 komanda 14 cüt təşkil edib.

Mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi Albaniyanın “Eqnatiya”nın da rəqibi bilinib. Onlar ilk mərhələdə Bosniya və Herseqovinanın “Borats” klubu ilə qarşılaşacaqlar.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da, cavab görüşləri 16-17-də baş tutacaq.

Çempionlar Liqası 1-ci təsnifat mərhələsi

“Slovan” (Slovakiya) – “Struqa” (Şimali Makedoniya) TNS (Uels) – “Deçiç” (Monteneqro) “Borats” (Bosniya və Herseqovina) – “Eqnatiya” (Albaniya) “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllüttariq) “Balkani” (Kosovo) – “Santa Koloma” (Andorra) “Flora” (Estoniya) – “Çelye” (Sloveniya) “Klaksvik” (Farer adaları) – “Differdanj” (Lüksemburq) “Panevejis” (Litva) – HJK (Finlandiya) RFS (Latviya) – “Larne” (Şimali İrlandiya) “Vikinqur” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya) “Virtus” (San Marino) – “Styaua” (Rumıniya) “Lüdororets” (Bolqarıstan) – “Dinamo” (Batumi, Gürcüstan) “Ordabası” (Qazaxıstan) – “Petrokub” (Moldova) “Dinamo” (Minsk, Belarus) – “Pünik” (Ermənistan)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər