Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, VI turun ikinci oyun günündə A, B C və D qruplarındakı komandalar qarşılaşacaqlar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Fransada PSJ-nin qonağı olacaq. A qrupunun digər matçında "Brügge" Belçikada "Real"ı qəbul edəcək. Madrid və Paris təmsilçiləri 1/8 finala vəsiqəni təmin ediblər. Son oyunların ardından Avropa Liqasında çıxış edəcək komanda da müəyyənləşəcək. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, "Brügge"nin isə xal itirməsini gözləməlidi.
B qrupunda "Bavariya" və "Tottenhem"in 1/8 finalda çıxış edəcəkləri öncədən dəqiqləşib. Bu komandalar son turda Münhendə üz-üzə gələcəklər. Yunanıstan "Olimpiakos"u isə "Srvena Zvezda"nı qəbul edəcək. Qonaqlar ən azı heç-heçə sayəsində Avropa Liqasında iştirak hüququna sahib olacaqlar.
"Mançester Siti"nin 1/8 finalı təmin etdiyi C qrupunda digər üç kollektivin növbəti mərhələ şansları qalır. "Şaxtyor" Ukraynada "Atalanta"nı qəbul edəcək. Donetsk təmsilçisi qələbə qazansa, digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. "Dinamo" (Zaqreb) isə Xorvatiyada "Mançester Siti"ni məğlub etməli və "Şaxtyor"un xal itirməsinə ümid etməlidi. "Atalanta" "play-off" üçün qələbə qazanmalı və Zaqreb klubunun büdrəməsini gözləməlidi.
Nəhayət D qrupunda Almaniyanın digər təmsilçisi "Bayer" "Yuventus"u, "Atletiko" isə "Lokomotiv"lə qarşılaşacaq. Turin klubu bundan öncəki turda mərhələni təmin edib. Madrid təmsilçisi qələbə qazansa, digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finalda çıxış edəcək.
Beləliklə, bu gecə 1/8 finala son 2 vəsiqə sahibini tapacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur, 11 dekabr
A qrupu
00.00 PSJ (Fransa) - Qalatasaray (Türkiyə)
00.00 Brügge (Belçika) - Real (İspaniya)
|
1 |
PSJ |
5 |
4 |
1 |
0 |
12:2 |
13 |
|
2 |
Real |
5 |
2 |
2 |
1 |
11:7 |
8 |
|
3 |
Brügge |
5 |
0 |
3 |
2 |
3:9 |
3 |
|
4 |
Qalatasaray |
5 |
0 |
2 |
3 |
1:9 |
2 |
B qrupu
00.00 Bavariya (Almaniya) - Tottenhem (İngiltərə)
00.00 Olimpiakos (Yunanıstan) - Srvena Zvezda (Serbiya)
|
1 |
Bavariya |
5 |
5 |
0 |
0 |
21:4 |
15 |
|
2 |
Tottenhem |
5 |
3 |
1 |
1 |
17:11 |
10 |
|
3 |
Srvena Zvezda |
5 |
1 |
0 |
4 |
3:19 |
3 |
|
4 |
Olimpiakos |
5 |
0 |
1 |
4 |
7:14 |
1 |
C qrupu
21.55 Dinamo (Zaqreb, Xorvatiya) - Mançester Siti (İngiltərə)
21.55 Şaxtyor (Ukrayna) - Atalanta (İtaliya)
|
1 |
Mançester Siti |
5 |
3 |
2 |
0 |
12:3 |
11 |
|
2 |
Şaxtyor |
5 |
1 |
3 |
1 |
8:10 |
6 |
|
3 |
Dinamo Z. |
5 |
1 |
2 |
2 |
9:9 |
5 |
|
4 |
Atalanta |
5 |
1 |
1 |
3 |
5:12 |
4 |
D qrupu
00.00 Bayer (Almaniya) - Yuventus (İtaliya)
00.00 Atletiko (İspaniya) - Lokomotiv (Moskva, Rusiya)
|
1 |
Yuventus |
5 |
4 |
1 |
0 |
10:4 |
13 |
|
2 |
Atletiko |
5 |
2 |
1 |
2 |
6:5 |
7 |
|
3 |
Bayer |
5 |
2 |
0 |
3 |
5:7 |
6 |
|
4 |
Lokomotiv M. |
5 |
1 |
0 |
4 |
4:9 |
3 |
Fanat.Az