ÇL-də ilk yarımfinalçılar müəyyənləşir: "Siti" möcüzəedə biləcək?

ÇL-də ilk yarımfinalçılar müəyyənləşir: "Siti" möcüzəedə biləcək?
Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək. Fanat.Az xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq.
Hər iki matçda meydan sahibi olan komanda 3 topluq fərqi aradan qaldırmağa çalışacaq. "Roma”nın "Barselona” ilə görüşdə möcüzə etməsi inandırıcı sayılmır.
Düzdü, "Mançester Siti”nin də "Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. Çünki yarışın beşqat qalibi ilə görüşdə bu fərqi aradan qaldırmaq mümkünsüz olmasa da, çox çətindi.
Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu sabah keçiriləcək.
Çempionlar Liqası
1/4 final 
Cavab oyunları
10 aprel
22.45 Roma (İtaliya) - Barselona (İspaniya)
Baş hakim: Klemen Turpin (Fransa).
İlk oyun - 1:4.
Roma. Olimpiya Stadionu.
22.45 Mançester Siti (İngiltərə) - Liverpul (İngiltərə)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
İlk oyun - 0:3.
Mançester şəhər stadionu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər