ÇL-də ilginc olay: müdafiəçi qapıda qəhrəmanlıq etdi

ÇL-də ilginc olay: müdafiəçi qapıda qəhrəmanlıq etdi
Çempionlar Liqasının pley-off mərhələsinin "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) oyununda maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, sahə oyunçusu penalti seriyasında Bolqarıstan klubunun qapısını qoruyub.
Belə ki, ilk oyunda 0:1 hesabı ilə yenilən "Ludoqorets" evdə istədiyi nəticəni qazanıb - 1:0. Əlavə vaxtda qol olmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan bolqarlar mərhələ adlayıb - 6:5.
Penalti seriyasında Kosmin Moti qəhrəmanlıq edib. Belə ki, 119-cu dəqiqədə "Ludoqorets"in qapıçısı Vladislav Stoyanov qırmızı vərəqə alıb. Hər üç dəyişiklik haqqından istifadə edildiyi üçün qapıya müdafiəçi Moti keçməli olub. "Ludoqorets"in ilk penaltsini vuran və dəqiq olan Kosmin ardından Paul Parvulesku və Kornel Rapanın zərbələrini dəf edərək komandasını qrup mərhələsinə daşıyıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər