Çempionlar Liqasında II turun ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğunun qalibi "Barselona”nın kapitanı Lionel Messi olub. O, Paulo Dibala (Yuventus), Neymar (PSJ) və Edin Dzekonu (Roma) qabaqlayıb.
Qeyd edək ki, argentinalı hücumçu "Tottenhem”i 4:2 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol vurub. O, ilk turun da ən yaxşısı seçilmişdi.
Fanat.Az