ÇL-də həftənin ən yaxşı oyunçusu adına 2 namizəd var

ÇL-də həftənin ən yaxşı oyunçusu adına 2 namizəd var

UEFA-nın mətbuat xidməti yarımfinal mərhələsinin cavab oyunlarından sonra Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlərin adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, iki futbolçudan biri digərini qabaqlayacaq. 

Bunlar PSJ-nin müdafiəçisi Vilyam Paço və "Arsenal"ın yarımmüdafiəçisi Deklan Raysdır.

Paço "Bayern Münhen"lə bu gecə baş tutan səfər qarşılaşmasında (1:1) 90 dəqiqə meydanda olsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Rays da çərşənbə axşamı Londonda "Atletiko Madrid"i üstələyərək (1:0) komandasının finala çıxmasına yardımçı olub. Bununla belə, ingilis də qol və ya assistlə diqqət çəkməyib.

PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələcək. Paris klubu ötən il bu turnirin qalibi olub. Enrikenin komandası Milan "İnter"ini 5:0 hesabı ilə yenib.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər