ÇL-də ən çox qazanan klublar bəlli oldu - "Real" 101 milyon gəlirlə 7-cidir

ÇL-də ən çox qazanan klublar bəlli oldu - "Real" 101 milyon gəlirlə 7-cidir

Cari mövsüm UEFA Çempionlar Liqasından ən çox qazanan klubların siyahısı açıqlanıb.

Fanat.Az "Football Meets Data"ya istinadən  xəbər verir ki, ÇL-in 2024/25 sezonunun startından bəri 106 milyon avro gəlir əldə edən "Bayern Münhen" bütün iştirakçıları qabaqlayır.

İkinci yerdə 104,4 milyon avro qazancla PSJ, üçüncü pillədə "İnter" (103,1 milyon avro) qərarlaşıb.

Turnirin ümumi mükafat məbləğinin 2,47 milyard avro olduğu və bu məbləğin 36 iştirakçı arasında bölünəcəyi vurğulanıb.

Hesabına ən çox pul köçürülən 7 klub aşağıdakılardır:

"Bayern Münhen" — 106 milyon avro; PSJ — 104,4 milyon; "İnter" — 103,1 milyon; Dortmund "Borussiya"sı — 102,2 milyon; "Arsenal" — 102 milyon; "Barselona" — 101 milyon; "Real Madrid" — 101 milyon.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər