ÇL: Birinci təsnifat mərhələsinin ilk matçları yekunlaşdı

ÇL: Birinci təsnifat mərhələsinin ilk matçları yekunlaşdı
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçirilib. 
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Neftçi” Gürcüstanda Tiflis "Dinamo”sunun, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya”sı isə Norveçdə yerli "Bude Qlimt”in qonağı olub.
 
"Neftçi” səfər oyunundan çətin qələbə ilə ayrılıb. Elə Polşa çempionu da asan qələbəyə sevinməyib -3:2.  "Legiya"nın iki qolunu bu komandada ilk rəsmi oyununa çıxan azərbaycanlı hücumçu vurub. 
 
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 13-14 iyulda keçiriləcək.
 
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsinin ilk oyunları
7 iyul
 
Dinamo (Tiflis, Gürcüstan) – NEFTÇİ (AZƏRBAYCAN) 1:2
 
Bude Qlimt (Norveç) – Legiya (Polşa) 2:3
 
Slovan (Bratislava, Slovakiya) – Şemrok Rovers (İrlandiya) 2:0
 
Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya) 3:2
 
Lüdoqorets (Bolqarıstan) – Şaxtyor (Soliqorsk, Belarus) 1:0
 
Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) 1:1
 
Teuta (Albaniya) – Şerif (Moldova) 0:4
 
Malmö (İsveç) – Riqa (Latviya) 1:0
 
Konnas-Ki Nomads (Uels) – Alaşkert (Ermənistan) 2:2
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər