ÇL: "Ayaks" kiçik ümid, "Borussiya" möcüzə sorağında - YENİLƏNİR

ÇL: "Ayaks" kiçik ümid, "Borussiya" möcüzə sorağında - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları baş tutacaq.

 

 

 

Fanat.Az xəbər verir ki, Madrid və Dortmunddakı görüşlərdən sonra 1/4 finala yüksələn ilk iki xoşbəxtin adına aydınlıq gələcək.

 

"Real” Amsterdamda 2:1 hesabı ilə yendiyi "Ayaks”la münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamda 2:1 hesablı qələbə qazanan ispaniyalılar ev matçına üstünlüklə çıxacaq. Cəzalı Serxio Ramosun yoxluğu hollandlar üçün kiçik ümid qaynağıdı.

 

Rəqib meydanında "Tottenhem”dən 3 cavabsız qol "yeyən” "Borussiya” isə böyük ölçüdə formallığa çevrilmiş dueldə möcüzə axtarışına çıxacaq.

Çempionlar Liqası, 1/8 final 5 mart

00:00. "Real” (İspaniya) – "Ayaks” (Hollandiya) Madrid. "Santyaqo Bernabeu” stadionu. Baş hakim: Feliks Brix (Almaniya) İlk oyun – 2:1

00:00. "Borussiya” (Dortmund, Almaniya) – "Tottenhem” (İngiltərə) Dortmund. "Siqnal İduna Park” stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya) İlk oyun – 0:3

 

 

 

Qeyd edək ki, 1/8 finalın digər iki cavab oyunu sabah keçiriləcək. PSJ "Mançester Yunayted”lə , "Portu” "Roma” ilə üz-üzə gələcək.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər