ÇL, AL və KL oyunları İTV-də!

ÇL, AL və KL oyunları İTV-də!

2023/2024 mövsümündə Çempionlar, Avropa və Konfrans Liqalarının oyunları İctimai Televiziyada yayımlanacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "İctimai TV"nin İdman Departamentinin rəhbəri Kənan Hakimov sosial şəbəkə hesabında paylaşım edib:

“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı "CBC Sport" telekanalı ilə əldə etdiyimiz razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai Televiziyanın canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma telekanalımızda canlı yayımlanacaq.

Bu gün Çempionlar Liqasının cavab pley-off qarşılaşmaları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) - “Rakov” (Polşa) oyununu da saat 23:00-dan başlayaraq İctimai Televiziya vasitəsilə izləyə bilərsiz".

ÇL, AL və KL oyunları İTV-də!  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər