ÇL: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirdi

ÇL: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirdi

Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, A, B, C və D qruplarında növbəti oyunlar keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu “Bayern”lə qarşılaşıb və məğlub olub. Qrupun digər qarşılaşmasında “Mançester Yunayted” Danimarkada “Kopenhagen”ə uduzub.

Bu gün baş tutan matçlardan sonra 4 komanda - “Bayern”, “Real”, “Real Sosyedad” və “İnter” 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər.

UEFA Çempionlar Liqası Qrup mərhələsi 8 noyabr

A qrupu

“Bayern” (Almaniya) - “Qalatasaray” (Türkiyə) 2:1 Qollar: H.Keyn, 80; 86 – Bakambu, 90+1.

“Kopenhagen” (Danimarka) - “Mançester Yunayted” (İngiltərə) 4:3 Qollar: M.Elyunussi, 45. Qonsalves, 45+9. Lerager, 83. Bardi, 87 – Hoylund, 3; 28. B.Fernandes, 69-pen.

Xal: Bayern – 12. Kopenhagen – 4. Qalatasaray – 4. Mançester Yunayted – 3.

B qrupu

PSV (Niderland) - “Lans” (Fransa) 1:0 Qol: De Yonq, 12.

“Arsenal” (İngiltərə) - “Sevilya” (İspaniya) 2:0 Qollar: Trossar, 29. Saka, 64.

Xal: Arsenal – 9. PSV – 5. Lans – 5. Sevilya – 2.

C qrupu

“Napoli” (İtaliya) - “Union Berlin” (Almaniya) 1:1 Qollar: Politano, 39 – Fofana, 52.

“Real” (İspaniya) - “Braqa” (Portuqaliya) 3:0 Qollar: B.Dias, 27. Vinisius, 58. Rodriqo, 61.

Xal: Real – 12. Napoli – 7. Braqa – 3. Union Berlin – 1.

D qrupu

“Real Sosyedad” (İspaniya) - “Benfika” (Portuqaliya) 3:1 Qollar: Merino, 6. Oyarzabal, 11. Barrenetçea, 21 – Rafa Silva, 49.

“Zalsburq” (Avstriya) - “İnter” (İtaliya) 0:1 Qol: L.Martines, 85.

Xal: Real Sosyedad – 10. İnter – 10. Zalsburq – 3. Benfika – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər