ÇL: 3-cü təsnifat mərhələsinin bütün cütləri bilindi

ÇL: 3-cü təsnifat mərhələsinin bütün cütləri bilindi

Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da növbəti rəqibi bəlli olub.

ÇL-in 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyən Ağdam klubu növbəti raundda “Ferentsvaroş”la (Macarıstan) qarşılaşacaq. Püşkə əsasən, “Qarabağ” ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə 9-10 avqustda səfərdə keçirəcək.   “Qarabağ” ÇL-də 3-cü mərhələyə yüksəlməklə Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib. Ağdam klubu “Ferentsvaroş” səddini keçə bilməsə, Avropa Liqasının pley-offunda mübarizə aparacaq. Komandamız oradakı rəqibinə də uduzacağı halda, mübarizəni Avropa Konfrans Liqasının qrup mərhələsində davam etdirəcək.   Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun da növbəti mərhələdəki rəqibi müəyyənləşib. Xorvatiya çempionu bu mərhələdə Bolqarıstana səfər edəcək. İkinci raundda “Şkupi”ni (Şimali Makedoniya) mübarizədən kənarlaşdıran Zaqreb təmsilçisi növbəti mərhələdə “Lüdoqorets”lə qarşılaşacaq. “Dinamo” ilk görüşü səfərdə keçirəcək.   UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi   Çempionlar yolu   Makkabi (Hayfa, İsrail) - Apollon (Limassol, Kipr)   Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan)   Lüdoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya)   Şerif (Moldova) - Viktoriya (Plzen, Çexiya)   Budyo Qlimt (Norveç) - Jalgiris (Litva)   Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan)   Liqa yolu   Monako (Fransa) – PSV (Niderland)   Dinamo (Kiyev, Ukrayna) - Şturm Qrats (Avstriya)   Yunion (Belçika) – Reyncers (Şotlandiya)   Benfika (Portuqaliya) – Midtyulland (Danimarka)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər