ÇL: 2-ci təsnifat mərhələsinə 8 vəsiqə sahibini tapdı

ÇL: 2-ci təsnifat mərhələsinə 8 vəsiqə sahibini tapdı

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə 8 qarşılaşma baş tutub.

Polşanın “Rakuv”u səfərdə Estoniya “Flora”sını darmadağın etməklə növbəti mərhələyə vəsiqə qazanıb. Bu komandanın rəqibi ya Azərbaycan çempionu “Qarabağ”, ya da Cəbəllüttariq “Linkoln”u olacaq. “Qarabağ” ilk oyunda bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. “Rakuv”dan başqa “Jalgiris”, “Makkabi” (Hayfa), “Şerif”, BATE, “Haken”, “Zrinski” və “Breydablik” də növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası 1-ci təsnifat mərhələsinin cavab oyunları 18 iyul

“Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva) 1:2 İlk oyun - 0:0

“Flora” (Estoniya) - “Rakuv” (Polşa) 0:3 İlk oyun - 0:1

“Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) 2:1 İlk oyun - 4:0

“Şerif” (Moldova) - “Farul” (Rumıniya) 3:0 İlk oyun - 0:1

BATE (Belarus) - “Partizani” (Albaniya) 2:0 İlk oyun - 1:1

TNS (Uels) - “Haken” (İsveç) 0:2 İlk oyun - 1:3

“Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan) 2:3 (penaltilər 4:3) İlk oyun - 1:0

“Breydablik” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya) 2:1 İlk oyun – 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər