ÇL: 2-ci təsnifat mərhələsində ilk oyunlara yekun vurulur

ÇL: 2-ci təsnifat mərhələsində ilk oyunlara yekun vurulur

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" Polşada "Rakuv"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Bu cütün qalibinin 3-cü raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə "Aris" də Kiprdə üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunları 26 iyul

21:00. "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail)

21:00. "Aris" (Kipr) - BATE (Belarus)

22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)

22:45. "Ludoqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)

22:45. "Klaksvik" (Farer adaları) - "Haken" (İsveç)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər