Çempionlar Liqasında 2023/24 mövsümünün ilkin mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, finalda İslandiyanın “Breydablik” və Monteneqronun “Buduçnost” komandaları qarşılaşıblar.
Rəqibini 5:0 hesabıyla məğlub edən İslandiya təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. “Breydabilk” növbəti mərhələdə İrlandiyanın “Şemrok Rovers” komandasına rəqib olub.
UEFA Çempionlar Liqası İlkin mərhələnin finalı 30 iyun
Buduçnost (Monteneqro) – Breydablik (İslandiya) 0:5 Qollar: Eynarsson, 5. Siqurdsson, 22. Eyjolfsson, 29. Gunnlauqsson, 33. Svanthorsson, 74.