Kyeza A Seriyasına qayıdır

Kyeza A Seriyasına qayıdır

"Liverpul"un vingeri Federiko Kyeza İngiltərə nəhəngini tərk edərək İtaliyaya qayıtmağa yaxındır. Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb. Mənbənin məlumatına görə, o, yanvarda vətəninə dönəcək. 28 yaşlı sağ cinah oyunçusu ilə üç İtaliya klubu maraqlanır. İngiltərədə üçüncü mövsümünü keçirən futbolçu ilə "İnter", "Atalanta" və "Latsio" varaqlanır. Adıçəkilən klublar qış transfer pəncərəsində futbolçunu icarəyə götürrmək üçün "Liverpul"a təklif göndərməyə hazırlaşırlar. Kyezanın da A Seriyasında oynamağa isti yanaşdığı bildirilir. Xatırladaq ki, Kyeza 2024-cü ilin avqustunda, 12 milyon avro qarşılığında "Yuventus"dan transfer olunub. Onun "qırmızılar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər