"Napoli"nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Gürcü futbolçu ilə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Keçidin maliyyə tərəfi barədə məlumat verilməyib.
Yerli mətbuat isə 23 yaşlı Xviçanın transferinin Fransa nəhənginə 70 milyon avroya başa gəldiyini bildirib.
2022-ci ildən “Napoli”də çıxış edən Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 19 matça çıxaraq 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.