Kvalyarella İtaliya millisinin tarixinə düşdü

Kvalyarella İtaliya millisinin tarixinə düşdü

Fabio Kvalyarella İtaliya millisində yeni rekord müəyyənləşdirib.

 

 

Fanat.Az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən İtaliya – Lixtenşteyn matçının ilk yarısında penaltidən 2 top vuran hücumçu ölkəsinin yığmasında qol vurmuş ən yaşlı futbolçuya çevrilib.

"Sampdoriya”nın hücumçusu 36 yaş 54 günlüyündə bombardirlik məharətini nümayiş etdirib.

 

Hazırda meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə davam edən görüşdə dublunu rəsmiləşdirən "qoca”nın A seriyasının bombardiri olduğunu (6-sı penaltidən olmaqla 21 top) da xatırladaq.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər