Kurtua üsyan etdi: "Real" mənim sayəmdə ÇL-i qazanıb"

Kurtua üsyan etdi: "Real" mənim sayəmdə ÇL-i qazanıb"

"Real Madrid"in qapıçısı Tibo Kurtua Parisdə təqdim olunan "Qızıl top" mükafatının seçimində yeddinci olmasıyla razı deyil. 

Fanat.Az xəbər verir ki, Lav Jaşinin adını daşıyan ən yaxşı qapıçı mükafatını qazanan belçikalı qolkiper sıralamada yeddinci olmasına etiraz edib: 

"Qapıçısınızsa, "Qızıl top"u qazanmağınız mümkün deyil. "Real Madrid" mənim seyvlərimə görə çempionluq və Çempionlar Liqasını qazandı. Ancaq mən "Qızıl top" üçün səsvermədə yeddinci yeri tuturam... Yaxşı ki, ən azından ən yaxşı qapıçı üçün mükafat var. Fəxr edirəm, çünki “Real”ın qapıçısı kimi o mükafatı qazanmışam”.

Qeyd edək ki, "Qızıl top"u onun komanda yoldaşı, "Real Madrid"in hücumçusu Kərim Benzema qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər